Rusiyanın energetika naziri Bakıya gələcək

Rusiyanın energetika naziri Bakıya gələcək
19:22 11 Mart 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın energetika naziri Aleksandr Novak martın 17-18-də Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Qeyd olunur ki, A.Novak martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və təşkilata daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Hazırda səfərin proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/738007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR