BƏƏ-nin energetika naziri Azərbaycana səfər edəcək

BƏƏ-nin energetika naziri Azərbaycana səfər edəcək
19:17 11 Mart 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui martın 17-də Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, əl-Məzrui martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Nazir BƏƏ nümayəndə heyətinə rəhbərlik edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/737943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR