Yaponiyalı alim: "Azərbaycanın bizim üçün əhəmiyyəti daha da artır"

Yaponiyalı alim: "Azərbaycanın bizim üçün əhəmiyyəti daha da artır"
19:12 11 Mart 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Yaponiya üçün əhəmiyyəti bundan sonra da artacaq.
Bu barədə “Report”a Yaponiyanın Keio Universitetinin Hüquq fakültəsinin professoru Yuiçi Hosoya bildirib.
“Yaponiyanın öz təbii sərvətləri yoxdur. Bu baxımdan, Azərbaycan bizim üçün öncül əhəmiyyət kəsb edir. Bu əhəmiyyət getdikcə daha da artacaq”, - deyə ekspert qeyd edib.
“Azərbaycanla Yaponiyanın bir çox ümumi cəhətləri var. Hər iki ölkədə Şərq və Qərb mədəniyyətləri qovuşur. Biz bir-birimizi daha yaxşı başa düşməli, əlaqələrimizi, xüsusilə də insanlar arasında təmasları daha da gücləndirməliyik”, - deyən yaponiyalı alim hazırda iki ölkə arasında işgüzar əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/yaponiyali-alim-azerbaycanin-bizim-ucun-ehemiyyeti-daha-da-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR