"CinemaPlus"da “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransı keçirilib

"CinemaPlus"da “Çat Kapı Aşk” filmi ilə bağlı mətbuat konfransı keçirilib
19:02 11 Mart 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” studiyasının istehsalı olan və Turkiyədə çəkilən “Çat Kapı Aşk” romantik filmi ilə bağlı mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.
Filmin məzmununa gəlincə, bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz) onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Su arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya qapıçı işləyən, əslən azərbaycanlı Nəriman (Elməddin Cəfərov) isə tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.
Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin musiqisi Aynur AxundzadəRüstəm Zeynallıya məxsusdur. Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.
Qeyd edək ki, film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunur.

























Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/cat-kapi-ask-filmi-ile-bagli-metbuat-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR