Baş məşqçi: Bakıdakı idman gimnastikası üzrə Dünya Kubokunda ən güclü idmançılar çıxış edəcək

Baş məşqçi: Bakıdakı idman gimnastikası üzrə Dünya Kubokunda ən güclü idmançılar çıxış edəcək
19:01 11 Mart 2019
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Martın 14-17-i Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan milli komandası müsbət nəticələrə ümid edir.

Bunu Trend-ə kişilərdən ibarət komandanın baş məşqçisi Rza Əliyev deyib.

O, Dünya Kubokuna hazır olduqlarını bildirib:

“İlk dəfə məhz Dünya Kubokunda Olimpiya oyunları üçün lisenziya almaq mümkün olacaq, ona görə də vəsiqəni qazanmağa ümid edirik. Bu, hər bir idmançının arzusudur”.

Baş məşqçinin sözlərinə görə, Dünya Kubokunda rəqabət çox güclü olacaq, çünki bu yarışda Olimpiya, dünya və Avropa çempionları iştirak edəcək:

“Biz bu ili Bakıdakı Dünya Kuboku ilə başlayırıq və təbii ki, müsbət nəticəyə köklənmişik. Məşqçilər də, idmançılar da həyəcanlıdır, amma beynəlxalq yarışlardan əvvəl belə də olmalıdır”.

Qeyd edək ki, martın 14-17-i Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3031232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR