"Bizim üçün çətin olacaq" - Ronaldu

"Bizim üçün çətin olacaq" - Ronaldu
18:57 11 Mart 2019
111 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un forvardı Kriştianu Ronaldu ÇL-nin 1/8 finalının cavab matçından gözləntilərini dilə gətirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı bu oyunda qələbənin vacib olduğunu deyib. "Atletiko" güclü klubdur. Əla müdafiə olunur. Risk etməyi sevmədiyinə görə əks hücumlara üstünük verir. Bizim üçün çətin olacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, mütləq qalib gəlməliyik. Məqsədimiz budur. Birinci oyunda iki cavabsız qolla uduzacağımızı heç kim gözləmirdi. Futbolda hər şey baş verə bilir. "Yuventus" əla mövsüm keçirir. A seriyasında məqsədimizə çatmaq üçün inamla irəliləyirik. Eyni uğuru ÇL-də təkrarlamaq niyətindəyik",-forvard deyib.

Qeyd edək ki, cavab qarşılaşması martın 12-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/737922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR