Rusiyanın energetika naziri Bakıya gələcək

Rusiyanın energetika naziri Bakıya gələcək
18:50 11 Mart 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın energetika naziri Aleksandr Novak martın 17-18-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Qeyd olunur ki, A.Novak martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və təşkilata daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Hazırda səfərin proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3031304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR