Abşeronda ƏMƏLİYYAT - Təhlükəli əşya tapıldı

Abşeronda ƏMƏLİYYAT - Təhlükəli əşya tapıldı
18:48 11 Mart 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Mehdiabad qəsəbəsində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-46 və TM-62M) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR