KİV: "Real Madrid" Zinəddin Zidanı geri qaytarıb

KİV: "Real Madrid" Zinəddin Zidanı geri qaytarıb
18:37 11 Mart 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarıb.
"Report" xəbər verir ki, bu barədə məlumat "La Sexta" telekanalında yayımlanan "Jugones" verilişində açıqlanıb. Bildirilir ki, rəsmi qərar bu gün Madrid təmsilçisinin İdarə Heyətinin iclasından sonra elan olunacaq.
Komandanın hazırkı baş məşqçisi Santyaqo Solarini isə klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılacaq. Lakin ona komandada başqa vəzifə veriləcək. Fransalı mütəxəssisin rəhbərliyi ilə ilk məşq martın 12-si və ya 13-də olacaq. 
Qeyd edək ki, Zinəddin Zidan 2016 - 2018-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. O, "kral klubu"nda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-zineddin-zidani-geri-qaytarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR