MTRŞ sədri Koreya səfiri ilə görüşüb

MTRŞ sədri Koreya səfiri ilə görüşüb
18:32 11 Mart 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmov ilə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq-Op arasında görüş keçirilib.
MTRŞ-dan "Report"a bildirilib ki, Şura sədri Azərbaycanda televiziya və radio yayımı, Milli Televiziya və Radio Şurasının yaradılması, onun əsas funksiya və vəzifələri haqqında qonağa geniş məlumat verib.
Səfir Şura sədrinə verdiyi geniş məlumat üçün təşəkkür edib, öz növbəsində, Koreyada bu sahədə olan vəziyyət barədə, həmçinin yayım tənzimləmə funksiyasını həyata keçirən Koreya Televiziya və Radio Yayım Komitəsi barədə ətraflı məlumat verib.
Görüş zamanı Koreya film və seriallarının Azərbaycanda yayımlanması məsələsi, televiziya və radio yayımı sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/mtrs-sedri-koreya-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR