Qətərdən nümunəvi addım: 55 min ailəyə 150 milyon dollar...

Qətərdən nümunəvi addım: 55 min ailəyə 150 milyon dollar...
18:23 11 Mart 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Qətər Qəzza zolağında yaşayan insanlara humanitar yardım göndərib.

Publika.az xəbər verir ki, humanitar yardım çərçivəsində 55 min ailəyə nəğd pul verilib.

Yüzlərlə fələstinli Qətərdən göndərilən yardımı əldə etmək üçün Qəzza şəhərində fəaliyyət göstərən bankların önünə toplaşıb.

Qeyd edək ki, Qətər ötən il blokada şəraitində qalan Qəzza zolağında yaşayanlara 150 milyon dollarlıq təcili humanitar yardım göndəriləcəyini açıqlamışdı. Sözügedən qərar çərçivəsində 3 dəfə nəğd pulla ehtiyacı olanlara yardım edilib.

Bundan başqa, Qətər Qəzzada humanitar layihələrdə istifadə olunması üçün Birləşmiş Millətlər Təşkilatına 20 milyon yardım göndərib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/272320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR