Suyun təzyiqi zəifdirsə, DİQQƏT!

Müasir dövrdə içməli suyun keyfiyyətli təmizlənməsi su filtrləriylə həyata keçirilir.

Dünyanın hər yerdə olduğu olduğu kimi Azərbaycanda da çirkli su problemindən əziyyət çəkən şəhərlərdə əhali su filtrlərindən istifadə edir. Təbii ki, filtr istifadəçiləri arasında hərdən sual doğuran məqamlar formalaşır. Həmin sullardan biri də suyun təzyiqiylə bağlıdır.

Maraqlıdır, suyun təzyiqinin zəif və ya güclü olmasının filtrin fəaliyyətinə təsiri varmı?

Ölkədə su filtrlərinin satışı və quraşdırılması işini həyata keçirən “Aqua home” firmasının (aquahome.az) meneceri Emil Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, suyun təzyiqi zəif olan zaman sərfiyat artır:

“Gündəlik həyatda istifadə etdiyimiz avadanlıqlardan biri də əks osmos sistemidir (ƏOS). Bu sistem su filtrasiya sistemlərinin içində ən effektividir. ƏOS-nin işləməsi, suyun 3 filtrdən keçərək membrandan süzülə bilməsi üçün ən azı 3 bar su təzyiqi olmalıdır. Əks halda, su membrandan keçməyərək atıq su halında çirkab su sisteminə axacaq. Belə olan halda su sərfiyatı artır və 1 saat ərzində 10 yox, 5 litr su əldə etmək mümkün olur. Su filtr istehsalçıları belə problemlərin aradan qalxması üçün təzyiq pompası olan modellər istehsal edirlər. Bu modellər 1-1.5 bar təzyiqli su ilə işləyir. Təzyiq pompasının işləməsi üçün avadanlıqda əlavə olaraq aşağı təzyiq relesi, yuxarı təzyiq relesi və 24V şarj adaptoru ilə təchiz edilir.

Belə bir sual meydana çıxır. Nə üçün bu qədər təzyiq?

Emil Hacıyev qeyd edir ki, burada 2 faktor var - birincisi membran, ikincisi isə saxlama çəni:

“Birinci faktor membrandır. Membran suyu 0.00001 mikrona qədər təmizləyir. Suyun belə təmizlənməsi üçün yüksək təzyiqə ehtiyac var. Çünki su yüksək təzyiq nəticəsində sıxılaraq membrandan keçir və təmizlənir.

İkinci faktor saxlama çənidir. Saxlama çəni 2 hissədən ibarətdir. Hava və su tankı. Hava tankının təzyiqi çənin litrindən aslı olaraq 0.3-0.5 bar olur. Su tankına daxil olan su bura sıxılaraq yığılır.

Nəzərinizə çatdıraq ki, keyfiyyətli su filtrləri 10 bar təzyiqdə test olunur. Bu da o deməkdir ki, bu avadanlıqlar 10 bar təzyiqlə işləyə bilər, lakin sistemdə olan suyun 6 bar-dan yuxarı olması məsləhət görülmür. Böyük təzyiq vaxt keçdikcə avadanlıqda fəsadlara gətirib çıxara bilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu yazını oxumadan su filtri ALMAYIN! - Yoxsa tez xarab olacaq... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR