İt kimi hürür, havada uçurlar...-

Yeni Zelandiyada bağbanlar və çobanlar it əvəzinə dron istifadə etməyə başlayıblar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq çoban itləri yerinə yaradılan dronlar kənd təsərrüfatı sahəsində xidmət göstərməyə başlayacaq.

Yeni Zelandiya dron istehsalçısı DJİ Mavik Enterprayz tərəfindən yaradılan texnologiya səsləri qeyd edib diktofondan yaya bilir. Beləcə it hürməsi kimi səslər geniş ərazidə istifadə edilə bilir.

Firmanın dron mütəxəssisi Adam Kerr bildirib ki, son iki ildə bağbanlar təhlükəli və sıxıcı işlər üçün dron texnologiyasından istifadə etməyə başlayıb. Kerr texnologiyanın hazırda kənd təsərrüfatı sahəsində istifadə ediləcəyini bildirib.

"Sübut edənə 50 min verəcəyəm" dedi: Hər kəs ondan DANIŞIR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR