Böyük Britaniyanın "Brexit"lə bağlı gözlənilən dolayı itkiləri bəlli olub

Böyük Britaniyanın "Brexit"lə bağlı gözlənilən dolayı itkiləri bəlli olub
17:07 11 Mart 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ərəfəsində müxtəlif banklara və digər maliyyə təsisatlarına məxsus 1 trln. avrodan artıq aktiv və fondlar bu ölkədən çıxarılır.
“Report” bu barədə TASS-a istinadən xəbər verir. 
“New Financial” analitik mərkəzinin məruzəsinə görə, bankların çıxardıqları vəsait 800 milyard funt, yəni 925 milyard avrodan artıq, aktivləri idarəemə şirkətlərinin çıxardıqları vəsait 65 milyard funtdan artıq, yəni 75 milyard avro, sığorta şirkətlərinin çıxardıqları vəsait isə 35 milyard funt, yəni 40,5 milyard avrodur.
Ümumiyyətlə, 280-dək maliyyə təsisatının Böyük Britaniyanı tərk etdiyi bildirilən sənəddə bunun 3,5 milyard avrodan baha başa gələcəyi qeyd olunur. Sözügedən maliyyə təsisat və şirkətlərin 100-ü Dublinə, 60-ı Lüksemburqa, 41-i Parisə, 40-ı Frankfurta, 32-si Amsterdama köçür.
Mərkəzin direktoru Uilyam Rayt bildirib ki, biznes Britaniya adalarını tərk edir: "Bu da Avropanın bank və maliyyə sektorunda Birləşmiş Krallığın nüfuzunu azaldaraq Aİ-də vergi mədaxilinin, maliyyə xidmətləri ixracatının azalmasına gətirib çıxaracaq”.
Bununla belə, ekspertin sözlərinə görə, hətta nüfuzu tədricən azalacağı halda belə London yaxın gələcəkdə üstün maliyyə mərkəzi olaraq qalacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/boyuk-britaniyanin-brexit-le-bagli-gozlenilen-dolayi-itkileri-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR