Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
16:48 11 Mart 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illiyi tamam olur.

“Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında 1929-cu ildə ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayan, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılan bu mötəbər elmi mərkəz Azərbaycanda neft emalı və neft kimyası sahəsində fundamental tədqiqatları ilə tanınmış və ötən müddət ərzində mühüm nailiyyətlər qazanmışdır. İkinci Dünya müharibəsində qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyətli rol oynaması, eyni zamanda, institut alimlərinin təqdirəlayiq əməyi ilə bağlıdır. İnstitutda işlənib hazırlanan yeni üsul və texnologiyalar, aparılan yüksək səviyyəli tədqiqatların nəticələri və ali dövlət mükafatlarına layiq görülən ixtiralar sənayedə özünün geniş tətbiqini tapmışdır. İnstitut əməkdaşlarının müvafiq elmi istiqamətlər üzrə tədqiqatları xarici ölkələrin ən sanballı elmi nəşrlərində əks etdirilmişdir. İnstitutun hazırladığı yüksəkixtisaslı kadrlar respublikada və onun hüdudlarından kənarda bu gün də uğurla çalışmaqdadırlar.

Sərəncamda qeyd olunur ki, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun ölkədə neft-kimya elmlərinin və neft sənayesinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/272309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR