Beyləqanda ağır qəza - Azyaşlı sərnişin öldü

Beyləqanda ağır qəza - Azyaşlı sərnişin öldü
14:55 11 Fevral 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3017552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR