Cüdoçularımız Parisdə 2 medal qazanıblar

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

Metbuat.az-ın məlumatına görə, ağır çəkidə mübarizə aparan cüdoçularımız beynəlxalq turniri medallarla başa vurublar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzan Kindzerska Parisdə millimizə gümüş medal qazandırıb.

Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Uşangi Kokauri (+100 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.

Günün qoroskopu: Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR