"2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olub" - Kamran İmanov / FOTOLAR

"2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olub".

Metbuat.az-ın məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, Sənayə mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq Dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-i milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

K.İmanov bildirib ki, coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişiklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib. Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınıb. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Günay Elşadqızı / Metbuat.az

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR