​Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə konfrans keçirilib - FOTOLAR

Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda açılış nitqi zamanı bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan, dünya ölkələri tərəfindən tanınan ən islahatçı dövlətdir. Kamran İmanov əlavə edib ki, Agentliyin qarşısında duran əsas vəzifələrin müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsidir. Bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi olduqca vacibdir. 2018-ci ildə aparılan islahatlar əqli mülkiyyət sahəsində də əhəmiyyətli dəyişikliyə səbəb olub. Əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirilən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanrına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılıb.

K.İmanov bildirib ki, dövlət başçısın rəhbərliyi altında sahə üzrə aparılan institusional islahatlar nəticəsində çalışan dövlət qulluqçularının sayının 43 nəfər azaldılaraq, il ərzində 1 milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək imkanı yaradılıb. Bunun nəticəsində dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərin əməyi maliyyələşdirilib, Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilib.

Kamran İmanov bildirib ki, ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtitaya dair 171 faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və 39 Avrasiya iddia sənədi daxil olub. İddia sənədlərinin ekspertizası nəticəsində 20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş, 14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərciçəsində daxil olan bildirişlərin sayı 2639 olub. Hesabat dövründə 3401 iddia sənədi üzərində ekspertizası aparılıb. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarı tərtib edilərək ÜƏMT-yə göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hazırda ilkin ekspertiza mərhələsindədir. Haaqa sistemi vasitəsilə Sənayə nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olub. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilib. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilib. Hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.

Günay Elşadqızı / Metbuat.az

Foto: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR